• Bakı 13° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Bütün separatçılar ən sərt formada cəzalandırılmalıdır

GÜNDƏM

06 Oktyabr 2023 | 16:41 | Müəllif: Qalib İbrahimoğlu

Bütün separatçılar ən sərt formada cəzalandırılmalıdır

“Sözün əsl mənasında tarixi günlər yaşayırıq".

Bunu Bakıvaxtı.az-a politoloq Əhəd Məmmədli deyib.

Ekspert bildirib ki, xalq və dövlət olaraq böyük tarixi hadisələrə şahidlik edirik: "Müstəqilliyimizi bərpa etdikdən sonra şahidlik etdiyimiz ilk böyük tarixi hadisə 44 günlük Vətən müharibəsi, möhtəşəm qələbəmiz, torpaqlarımızın azadlığı idi. Ondan sonra isə sentyabrın 19-20 tarixlərində həyata keçirilmiş anti-terror tədbirləri, separatizmin məhvi və separatçı-terrorçuların ard-arda həbs olunmasıdır. Bu, ərazi bütövlüyümüzün, suverenliyimizin tam təmin olunması deməkdir”.

Ə.Məmmədli qeyd edib ki, əlbəttə, bütün separatçılar cinayət əməllərinə görə mühakimə olunmalı və ən sərt formada cəzalandırılmalıdır: “Faşistlərin mühakimə olunduğu Nürnberq prosesi kimi proses getməlidir. Dünya ictimaiyyəti də buna şahidlik etməlidir. Separatçı-terrorçu ünsürlərin, əli qanlı cinayətkarların özlərini "qurban", "məzlum" kimi qələmə verməsinə imkan verilməməlidir”.

“Hamı ermənilərin terrorçu mahiyyətini, əsl xislətini görməlidir. Əlimizdəki bütün sübut və faktlarla terrorçuları mühakimə etməliyik, ifşa etməliyik", - deyə Əhəd Məmmədli əlavə edib.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR