• Bakı 24° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Çavuşoğlu postunu ona təhvil verdi - VİDEO 

DÜNYA

05 Iyun 2023 | 12:15

Çavuşoğlu postunu ona təhvil verdi - VİDEO

Türkiyənin sabiq XİN rəhbəri Mövlud Çavuşoğlu öz postunu yeni nazir Hakan Fidana təhvil verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb. 

“2014-cü il avqustun 24-ü başladığım vəzifəm boyu böyük bir şərəflə çalışdım. İndi bayrağı təhvil vermək növbəsi mənə çatdı. 8 il ərzində daşıdığım Xarici İşlər Nazirliyi bayrağını dəyərli qardaşım Hakan Fidana təhvil verirəm”, - deyə Çavuşoğlu mərasim zamanı qeyd edib.

Xatırladaq ki, M.Çavuşoğlu fəaliyyətini millət vəkili olaraq davam etdirəcək.

Qeyd edək ki, Türkiyədə yeni Nazirlər Kabinetində yer alan nazirlər bu gün təhvil-təslim mərasimlərini başa çatdıracaqlar. İyunun 4-ü 8 nazirin təhvil-təslim mərasimi baş tutub. Bu gün isə 7 nazir öz postunu təhvil verəcək. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026