• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Rusiya Ukraynayla danışıqlara gedir? - Avropa da bunu istəyir, amma...

DÜNYA

05 Iyul 2023 | 09:43 | Müəllif: Qalib İbrahimoğlu

Rusiya Ukraynayla danışıqlara gedir? - Avropa da bunu istəyir, amma...

"Ukraynanın bir müddətdir başlatdığı əks-hücum əməliyyatları Rusiya ilə danışıqların başlanmasında müəyyən rol oynaya bilər".

Bu barədə Bakıvaxtı.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Avropa İttifaqının rəsmisi Cozef Borrelin də Rusiya ilə qapalı görüşlərdən danışdığını deyən İ.Vəlizadəyə görə, görünən odur ki, tərəfləri masa arxasına gətirmək üçün Aİ tərəfindən cəhdlər göstərilir: “Situasiya göstərir ki, artıq pat vəziyyət yaranıb. Nə Rusiya öz məqsədinə tam çata bilir, nə də Ukrayna. Ona görə də hesab edilir ki, ortaq məxrəcə gəlinməsi qaçılmazdır. Digər tərəfdən, Avropa İttifaqının özü kifayət qədər mürəkkəb durumdadır. Fransada etirazlar, iğtişaşlar baş alıb gedir. Rəsmi Paris indiki vəziyyətdə hansısa ölkəyə yardım edəcək durumda deyil. Almaniyanın özündə iqtisadi tənəzzül yaşanır. Enerji və iqtisad böhranı Avropa ölkələrini ciddi şəkildə sarsıdıb. Ukrayna-Rusiya savaşı Avropa ölkələrinə əhəmiyyətli təsir göstərib və göstərməkdə davam edir".

İlqar Vəlizadə: ABŞ-dan fərqli olaraq Avropa ölkələri danışıqların başlanmasını zəruri hesab edir

İ.Vəlizadə qeyd edib ki, Avropanın belə vəziyyətdə Kiyevə maliyyə dəstəyini, hərbi yardımı fasiləsiz həyata keçirmək asan deyil:

"Ukrayna müharibə aparan ölkə olduğu üçün zərəri gündən-günə çoxalır. Nəticədə Kiyevin maliyyə və silah dəstəyi ilə bağlı tələbi də artır. O baxımdan ABŞ-dan fərqli olaraq Avropa ölkələri danışıqların başlanmasını zəruri hesab edir. Şərtlərə gəldikdə isə Avropa İttifaqının məsələyə maraqlı yanaşması var. Qərbə görə, qərar bütün hallarda Ukraynaya aid olmalıdır, hətta son nəticədə Kiyev öz maraqlarına tam nail olmasa belə..."

Qeyd edək ki, nüfuzlu “Vaşinqton Post” nəşri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börnsün Ukraynaya qeyri-rəsmi və gizli səfəri barədə yazıb. Nəşr bildirib ki, Ukraynanın planı artilleriya və raket sistemlərini Krımla sərhəd xəttinə keçirmək, Şərqi Ukraynanı qaytarmaq, daha sonra isə Moskva ilə danışıqlara başlamaqdır. Nəşr vurğulayıb ki, Kiyev Krımı güc yolu ilə almaq planlarından imtina edə və bunun müqabilində Moskvadan Qərbin Ukraynaya verməyə hazır olduğu istənilən təhlükəsizlik zəmanətini qəbul etməyi tələb edə bilər. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev də deyib ki, Moskvanın maraqları nəzərə alınmaqla, indiki qarşıdurmadan çıxmaq üçün Rusiya ilə Qərb arasında ağlabatan kompromislər mümkündür.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR