• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Dünyanın sonu bu tarixdə olacaq - NASA AÇIQLADI

DÜNYA

05 Iyul 2023 | 09:28 | Müəllif: Qalib İbrahimoğlu

Dünyanın sonu bu tarixdə olacaq - NASA AÇIQLADI

Hər kəs dünyanın sonunun necə olacağını düşünür. NASA-nın bu mövzuda əvvəlki araşdırması yenidən gündəmə gəlib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, NASA kosmosda həyat izlərini axtararkən dünyanın nə vaxt yox olacağı tarixi və bu yox olmanın necə baş verəcəyini hesablamağa çalışır.

Bu mövzuda araşdırma aparan qrup dünyanın sonunun günəşdə artan radiasiyadan gələcəyini açıqlayıb.

Bəs bu dəhşətli son nə vaxt baş verəcək?

Araşdırma aparan alimlərin fikrincə, bunun baş verməsinə hələ çox vaxtımız var.

Araşdırmada yaradılan modellərə görə, düz 1 milyard il sonra, tarixlər 1.000.002.021-i göstərdikdə, dünyada oksigen miqdarı yaşanmaz səviyyəyə düşəcək.

Araşdırmanın nəticəsini göstərən məqaləyə görə, bu proses bu gün də davam edir və yer günəş şüaları hesabına hər gün oksigenlə doyur.

Ancaq bu proses o qədər yavaş gedir ki, biz gündəlik həyatımızda bu təsiri hiss etmirik.

Murad Məmmədli


Dünyanın sonu bu tarixdə olacaq - NASA AÇIQLADIDünyanın sonu bu tarixdə olacaq - NASA AÇIQLADIDünyanın sonu bu tarixdə olacaq - NASA AÇIQLADI
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR