• Bakı 18° C

    1.3 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Çavuşoğlu və Ərsoy təltif edildi

DÜNYA

11 Dekabr 2023 | 23:36 | Müəllif: Subhan Mahmudov

Çavuşoğlu və Ərsoy təltif edildi

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) yaranmasının 30-cu ildönümü münasibətilə Ankarada yubiley ziyafəti təşkil edilib.

Bakıvaxtı.az-ın məlumatına görə, TÜRKSOY rəhbəri, qırğız yazıçısı Sultan Raev Ankarada “Mariot otel”də keçirilən tədbirdə çıxış edərək bildirib ki, türk xalqlarının mədəniyyət, incəsənət və mənəvi dəyərlərinin yaşadılmasında, təbliğində və gələcək nəsillərə ötürülməsində qurumun əvəzsiz xidmətləri var.

Yubiley münasibəti ilə türk dünyasında müxtəlif bayram tədbirləri təşkil olunduğunu xatırladan TÜRKSOY rəhbəri bu çərçivədə quruma töhfələr verən siyasilərə, elm və mədəniyyət adamlarına təşəkkür əlaməti olaraq medallar təsis edildiyini deyib.

Tədbirdə türkdilli xalqlar, o cümlədən Azərbaycana aid mahnı və rəqslər ifa edilib. TÜRKSOY-un yubileyində aktiv fəaliyyət göstərən siyasət, elm, mədəniyyət, qurum və təşkilatların nümayəndələrinə şərəf nişanı və mükafatlar təqdim edilib.

Şərəf nişanı alanlar arasında Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy və Türkiyənin keçmiş xarici işlər naziri, Antalyadan olan millət vəkili Mövlud Çavuşoğlu da var./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR