• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Cəbrayıl, Suqovuşan, Zəngilanda yeni məktəblər tikiləcək" - Nazir

CƏMİYYƏT

04 May 2022 | 11:42

"Cəbrayıl, Suqovuşan, Zəngilanda yeni məktəblər tikiləcək" - Nazir

"Qarabağ zəfəri Azərbaycan təhsili üçün də yeni bir səhifə açıb".

Bakıvaxtı.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Heydər Əliyevin 99-cu ildönümü ilə əlaqədar şagirdlər arasında keçirilmiş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin təltif olunması mərasimində deyib. Onun sözlərinə görə, Azərbaycan məktəbi bu gün zəfər çalmış ölkənin məktəbidir:

"Bu gün təhsilimizin qarşısında bir sıra ümdə məsələlər durur. Şuşada və Ağdamda məktəblər tikilir. Sevindirici haldır ki, ən birinci tikilən binalar elə məktəb binaları olub. O cümlədən Cəbrayılda, Suqovuşanda, Zəngilanda yeni məktəblər tikiləcək. Azad olunmuş ərazilərimiz zəng səsinə qovuşacaq".

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026