Cəlilabad rayonunda intihar hadisə baş verib.
Bakıvaxtı.az xəbər verir ki, lent.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Göytəpə şəhərində qeydə alınıb. Şəhər sakini 1968-ci il təvəllüdlü Mənsurə Qədirova yaşadığı evdə özünü asıb.
İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
















