• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Sədərəkdə taxıl sahəsi yandı - VİDEO

HADİSƏ

16 Iyul 2023 | 10:12 | Müəllif: Subhan Mahmudov

Sədərəkdə taxıl sahəsi yandı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sədərək rayonunun Dəmirçi kəndi yaxınlığında taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Dərhal əraziyə Sədərək Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

    Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində biçilmiş taxıl sahəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf əkin sahələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində təxminən 0,5 hektar biçilmiş taxıl sahəsi yanıb. Ətrafdakı taxıl sahələri yanğından mühafizə olunub.

     

     


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    24 Noyabr 2026