• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Atası "Nikosayağı"nın törətdiyi dəhşətli qəzadan DANIŞDI

HADİSƏ

15 Avqust 2023 | 09:54 | Müəllif: Subhan Mahmudov

Atası "Nikosayağı"nın törətdiyi dəhşətli qəzadan DANIŞDI

Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin törətdiyi qorxunc yol-nəqliyyat hadisəsi ilə bağlı atası açıqlama verib.

Bakıvaxtı.az xəbər verir ki, bloqerin atası, tanınmış nevropatoloq Nafiz Mütəllimov Oxu.Az-a açıqlamasında oğlunun hazırda reanimasiyada olduğunu bildirib:

“Nicatın qolu amputasiya olunub. Hələ ki reanimasiyadadır. Hadisədən biz sonradan xəbər tutduq. O, dostu ilə şəhərə gedirmiş, TIR-ın altına giriblər. Mərdəkan tərəfdən gəlirmişlər. Maşında iki nəfər olublar. Dostu rəhmətə gedib. Allah rəhmət eləsin!”

Qeyd edək ki, hadisə ilə bağlı cinayət işi başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026