• Bakı 10° C

    5.02 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Göyçay çayına güclü sel gəldi

HADİSƏ

13 Sentyabr 2023 | 22:48 | Müəllif: Subhan Mahmudov

Göyçay çayına güclü sel gəldi

Göyçay çayına güclü sel gəlib, magistral yoldakı körpüdə təhlükə var.

Bakıvaxtı.az xəbər verir ki, İsmayıllı rayonuna yağan güclü leysandan sonra Göyçay çayına güclü sel gəlib.

Bu gün saat 12:30 radələrindən başlayaraq çaydan keçən suyun səviyyəsi xeyli artıb.

Bakı-Şamaxı-Yevlax yolunun Göyçay çayı üzərindən keçən hissəsindəki avtomobil körpüsü üçün təhlükə yaranıb. Hazırda körpü üzərində avtomobillərin və piyadaların hərəkəti davam edir. İnsanların təhlükəsizliyinin təmin olunması üçün hazırda Göyçay Rayon Polis Şöbəsinin yol polisi və post patrul xidmətinin əməkdaşları ərazidə xidmət aparır, ağırtonnajlı yük avtomobillərinin körpü üzərindən keçidinə müvəqqəti məhdudiyyət qoyulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026