• Bakı 7° C

    0.84 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Polis yol qəzasında həlak olub

HADİSƏ

16 Iyul 2023 | 00:27 | Müəllif: Subhan Mahmudov

Polis yol qəzasında həlak olub

İyulun 15-də saat 22 radələrində Ələt-Astara avtomobil yolunun Lənkəran rayonunun ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən Bakıvaxtı.az-a məlumata görə, Elman Süleymanovun idarə etdiyi "Mitsubishi Pojero" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində sürücü ölüb, avtomobildə olan sərnişinlər isə xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, E. Süleymanov polis nəfəridir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026