• Bakı 20° C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Çempionatın başlamasına 1 həftə qalmış istefa verdi

İDMAN

09 Avqust 2023 | 11:26

Çempionatın başlamasına 1 həftə qalmış istefa verdi

“Vulverhempton”un baş məşqçisi Xulen Lopeteqi istefa verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

Premyer Liqada yeni mövsümün startına altı gün qalmış mütəxəssisin belə qərar verməsi təəccüblə qarşılanıb. Mətbuat klub rəhbərliyinin yeni transferlər etməməsi, əksinə aparıcı futbolçularını satması səbəbindən Lopeteqinin bu qərarı verdiyini yazıb.

“Vulverhempton” Premyer Liqada yeni mövsümün ilk oyununu avqustun 14-də səfərdə “Mançester Yunayted”ə qarşı keçirəcək.

Qeyd edək ki, Xulen Lopeteqi ötən ilin noyabrından “Vulverhempton”u çalışdırırdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR