• Bakı 12° C

    0.57 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Çempionluğu qeyd edərkən öldü

DÜNYA

05 May 2023 | 11:15

Çempionluğu qeyd edərkən öldü

“Napoli”nin bir azarkeşi İtaliya çempionluğunu qeyd edən zaman ölüb.

Bakıvaxtı.az xəbər verir ki, buna səbəb Neapol küçəsində baş verən atışma olub.

Minlərlə azarkeşin şənlik keçirdiyi bir vaxtda insident yaşanıb. Nəticədə 26 yaşlı fanat güllə yarası alıb. Həmin şəxs xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən xəbər tutan mərhumun yaxınları xəstəxanaya hücum çəkərək, ora ciddi ziyan vurublar. Hazırda iş hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Qeyd edək ki, “Napoli” 1990-cı ildən bəri ilk, tarixində isə üçüncü dəfə ölkə çempionu olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026