• Bakı 21° C

    2.68 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Cənubi Koreyada təcili yardım həkimlərinin sayı 40 faizdən çox azalıb

DÜNYA

12 Sentyabr 2024 | 13:02

Cənubi Koreyada təcili yardım həkimlərinin sayı 40 faizdən çox azalıb

Tibb fakültələrində kvotaların artırılması ilə bağlı müzakirələrin davam etdiyi Cənubi Koreyada təcili yardım həkimlərinin sayı ölkə daxilində 40 faizdən çox azalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Yonhap" məlumat yayıb.

Milli Tibb Professorları Şurasının keçirdiyi sorğuda ölkənin əsas 53 tədris-cərrahiyə klinikasında 914 təcili yardım həkimi çalışırdısa, bu il onların sayı 535-ə düşüb.

Təcili yardım şöbələrində çalışan rezident həkimlərin sayı 2023-cü ildə 386 ikən bu il sorğuda say 33 nəfər olaraq göstərilib.

Sorğu ölkə miqyasında təcili yardım həkimlərinin sayında 40 faizdən çox azalma göstərsə də, Milli Tibb Professorları Şurası 7 xəstəxananın təcili yardım xidmətlərinin fəaliyyətini qismən dayandırmağı təklif edib.

Əli Hüseynov

 


SON XƏBƏRLƏR