• Bakı 20° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Ceyhun Bayramov  Komfort Ero ilə görüşdü

SİYASƏT

22 Sentyabr 2022 | 16:28

Ceyhun Bayramov  Komfort Ero ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Beynəlxalq Böhran Qrupunun prezidenti və baş icraçı direktoru Komfort Ero ilə görüşüb.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazir Ceyhun Bayramov görüş zamanı 44 günlük Vətən müharibəsindən sonra post-münaqişə dövründə bölgədə sülh və sabitliyin təmin olunması istiqamətində ölkəmizin həyata keçirdiyi tədbirlər, bərpa və yenidənqurma işləri barədə məlumat verilib, Ermənistanla sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü təklif üzrə fikir mübadiləsi aparılıb. Ermənistanın son təxribatlarının əsas məqsədinin prosesləri ləngitmək məqsədi daşıdığı, buna baxmayaraq, prosesin irəlilədilməsi üçün danışıqların davam etdirilməsinin vacibliyi vurğulanıb.

Bununla yanaşı, müzakirələr çərçivəsində Beynəlxalq Böhran Qrupunun ölkəmiz ilə bağlı tərtib etdiyi hesabatlar üzrə məsələlər qarşı tərəfin diqqətinə çatdırılıb, Qrupun bir sıra məsələlər üzrə sualları cavablandırılıb.

Görüş zamanı, qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.


SON XƏBƏRLƏR

25 Aprel 2024