Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Ceyranbatan gölünün yaxınlığında baş verən yanğın qısa müddət ərzində söndürülüb.
***
Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən su anbarında yanğın başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, yanğın Ceyranbatan gölünün yaxınlığında, mühafizə zolağından kənarda baş verib.
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikaları cəlb olunub. Yanğın FHN-in yanğınsöndürən qüvvələri tərəfindən məhdudlaşdırlıb, geniş əraziyə yayılmasının qarşısı alınıb.
Məlumatı FHN-dən təsdiqləyiblər.
















