• Bakı 19° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Bakıda yol polisi avtomobili qadını vurub öldürdü

HADİSƏ

10 Sentyabr 2021 | 23:48 | Müəllif: Subhan Mahmudov

Bakıda yol polisi avtomobili qadını vurub öldürdü

Bakıda yol patrul xidməti avtomobili piyadanı vurub öldürüb.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində Heydər Əliyev prospektində baş verib.

Prospektdə hərəkətdə olan Yol Patrul Xidmətinə məxsus 99-YP-358 dövlət nişanlı “BMW” markalı avtomobil yolu keçən Bakı şəhərində yaşayan, 1950-ci il təvəllüdlü Ağalarova Mirhəcər Miryaqub qızını vurub. Avtomobildə olan polis əməkdaşı Əliyev Emil Güləsəd oğlu yaralını 3 saylı şəhər klinik xəstəxanasına çatdırmağa cəhd etsə də, qadın yolda dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR