• Bakı 8° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Çin liderindən Pelosinin Tayvana səfəri ilə bağlı AÇIQLAMA

DÜNYA

02 Avqust 2022 | 23:22

Çin liderindən Pelosinin Tayvana səfəri ilə bağlı AÇIQLAMA

Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərini şəxsən şərh edib.

Bu barədə Bakıvaxtı.az Çin mətbuatına istinadən xəbər verir.

"Pelosinin Tayvana səfəri imperialistlərin qeyri-sivil kampaniyasının növbəti nümayişidir. Biz Amerika irticaçılarının bircə təxribatını belə qaçırmamaq üçün dünyaya geniş gözlə baxmağa davam edirik", - Çin Sədrinin bəyanatında deyilir.

Qeyd edək ki, Çinin Mərkəzi Televiziyası da ölkə ordusunun Tayvan yaxınlığındakı təlimlərinin başlamasını əks etdirən kadrlar nümayiş etdirib.

Çinin ABŞ-dakı səfiri Tsin Qanq da rəsmi Pekinin Pelosinin səfərindən qəzəbləndiyini bildirib.

"Biz cavab vermək və suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaq üçün bütün mümkün tədbirləri görəcəyik və cavabımız çox möhkəm, ağır və güclü olacaq", - Çin səfiri bildirib.

Diplomat qeyd edib ki, Pelosi Amerika hakimiyyətinin ən yüksək eşelonunu təmsil edir, ona görə də onun Tayvana səfərini adi hadisə kimi qəbul etmək olmaz.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026