• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Çin rəsmi şəkildə ABŞ-ı Sinqapura görüşə dəvət etdi

DÜNYA

03 Iyun 2022 | 22:01 | Müəllif: Subhan Mahmudov

Çin rəsmi şəkildə ABŞ-ı Sinqapura görüşə dəvət etdi

Çin rəsmi olaraq iyun ayında Sinqapurda müdafiə nazirləri səviyyəsində ABŞ-ı görüşə dəvət edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Röyters” Pentaqonun yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, Amerika tərəfi Pekin nümayəndələri ilə qarşıdakı təmaslar zamanı diqqəti iki ölkə arasında “rəqabətin idarə edilməsi”nə yönəltmək niyyətindədir.

Bildirilib ki, bu, iyunun 10-dan 12-dək Sinqapurda keçirilməsi planlaşdırılan “Şanqri-La Dialoq” Asiya-Sakit Okean regionunda təhlükəsizlik məsələlərinə dair beynəlxalq konfransdır. Forum onlarla ölkədən olan nümayəndələrə müdafiə siyasəti sahəsində dünya liderləri ilə üzbəüz ünsiyyət qurmaq imkanı vermək üçün nəzərdə tutulub.

Qeyd edək ki, daha öncə Pentaqon rəhbəri Lloyd Ostin qarşıdan gələn forum zamanı çinli həmkarı Vey Fenqe ilə şəxsi görüşü səbirsizliklə gözlədiyini bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026