• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Çingiz Abdullayevin son durumu AÇIQLANDI - YENİLƏNİB

GÜNDƏM

13 Aprel 2024 | 12:37

Çingiz Abdullayevin son durumu AÇIQLANDI - YENİLƏNİB

"Çingiz Abdullayevin səhhətində ciddi bir narahatlıq yoxdur".

Bu barədə Azərbaycan Yazıçılar Birliyinin Mətbuat katibi Xəyal Rza Bakıvaxtı.az-a bildirib.

Onun sözlərinə görə, Xalq yazıçısının vəziyyəti hazırda yaxşıdır:

"İnşallah gələn həftədən işə çıxacaq". 

Qeyd edək ki, daha öncə Çingiz Abdullayev Mərkəzi Gömrük Xəstəxanasında reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilirdi. Məlumata görə, yazıçı zəhərləndiyi üçün xəstəxanaya aparılıb. Evə buraxılandan sonra halı yenidən pisləşib. 

Günəş Mərd

 

***

10:12

Xalq yazıçısı Çingiz Abdullayevin səhhəti yaxşılaşır.

Bakıvaxtı.az xəbər verir ki, bunu APA-ya açıqlamasında yazıçının qələm dostu Xalq yazıçısı Natiq Rəsulzadə deyib.

    Onun sözlərinə görə, Çingiz Abdullayev bir həftə əvvəl xəstəxanaya yerləşdirilib.

    "Əvvəl reanimasiyada idi. Sonra, şükür Allaha ki, səhhəti normallaşdı. İndi müalicəsi davam edir. Palatadadır".

     

     


    SON XƏBƏRLƏR

    07 Sentyabr 2024