• Bakı 21° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

COVİD-in laboratoriyadan yaranma ehtimalı təkzib olunmur

DÜNYA

31 May 2023 | 16:54

COVİD-in laboratoriyadan yaranma ehtimalı təkzib olunmur

Çin Xəstəliklərə Nəzarət Mərkəzinin (CDC) keçmiş prezidenti Prof. Dr. Corc Qao BBC Radio 4-ə verdiyi açıqlamada COVİD-19 epidemiyasını qiymətləndirib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, hazırda Çin Milli Təbiət Elmləri Fondunun vitse-prezidenti olan Qao COVİD-19-un Vuhandakı bir laboratoriyadan yayılma ehtimalının olduğunu söyləyib: "Hər şeydən şübhələnmək olar. Bu, elmdir. Biz heç bir ehtimalı istisna edə bilmərik".

COVİD-19-un mənbəyi olduğu müzakirə edilən Vuhan Virusologiya İnstitutu ilə bağlı rəsmi araşdırma apardıqlarını ifadə edən Qao qeyd edib ki, laboratoriya sahənin mütəxəssisləri tərəfindən bir neçə dəfə yoxlanılıb.

O, araşdırmanın nəticələrini görmədiyini, lakin ona "təmiz" hesabat verildiyini qeyd edərək, laboratoriyanın Çin hökumətinə yaxın adamlar tərəfindən ilk dəfə araşdırıldığını qeyd edib.

Ay Tac


SON XƏBƏRLƏR

08 May 2025