• Bakı 19° C

    18.44 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0193

Çoban yükün altında qalaraq öldü

HADİSƏ

17 Iyun 2024 | 16:04

Çoban yükün altında qalaraq öldü

Zərdab rayonunda bədbəxt hadisə baş verib.

Bakıvaxtı.az  xəbər verir ki, rayonun Qoşaoba kəndinin ərazisində H.Həsənovaya məxsus fermada çoban kimi işləyən 45 yaşlı Ceyhun Abdulkərimov aldığı xəsarətlərdən ölüb.

Belə ki, Ağdaş rayon sakini İ.İbrahimov “Kamaz” markalı yük maşını ilə hərəkət edərkən yük yerində olan inşaat materialları çoban Kotanarx kənd sakini C.Abdulkərimovun üzərinə aşıb.

Xəstəxanaya yerləşdirilmiş C.Abdulkərimov tibbi yardıma baxmayaraq vəfat edib.

Faktla bağlı araşdırmalar aparılır.


SON XƏBƏRLƏR

25 Iyun 2024