• Bakı 4° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Baxımsız vəziyyətdə aşkar edilmiş uşaq körpələr evinə yerləşdiriləcək

HADİSƏ

17 Iyul 2024 | 11:06

Baxımsız vəziyyətdə aşkar edilmiş uşaq körpələr evinə yerləşdiriləcək

Nəsimi rayonu ərazisində ictimai iaşə obyektində baxımsız vəziyyətdə aşkar edilmiş körpə polis müşayiəti ilə nümayəndəmiz tərəfindən müvafiq tibb müəssisəsinə yerləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə  Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, o, müalicə prosesinin ardınca aidiyyatı üzrə körpələr evinə yerləşdiriləcək.

Xatırladaq ki, iyulun 15-də Nəsimi rayonu Y.V.Çəmənzəminli küçəsi 5 ünvanında yerləşən ictimai iaşə obyektində 24 yaşlı S.Şərifova və 27.06.2024-cü ildə anadan olan körpəsinin baxımsız vəziyyətdə qalması barədə polisə məlumat daxil olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026