• Bakı 18° C

    4.69 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

COVID-19 dərmanı üçün ilk təsdiq – SON DƏQİQƏ

CƏMİYYƏT

04 Noyabr 2021 | 17:12

COVID-19 dərmanı üçün ilk təsdiq – SON DƏQİQƏ

COVID-19 üçün MERCK əczaçılıq şirkəti tərəfindən hazırlanmış dərman üçün ilk istifadə təsdiqi Böyük Britaniyadan gəldi.

Bakıvaxtı.az xəbər verir ki, Böyük Britaniyanın dərman tənzimləmə agentliyi ABŞ-ın əczaçılıq nəhəngi Merck tərəfindən COVID-19 üçün hazırlanmış Molnupiravirin istifadəsinə icazə verib.

Beləliklə, Böyük Britaniya peyvənddən sonra dərmanı təsdiqləyən ilk ölkə oldu.

Washington Post-un xəbərinə görə, Merck şirkətinin prezidenti Robert M. Davis verdiyi açıqlamada, "Biz molnupiraviri mümkün qədər tez dünyada xəstələrə çatdırmaq üçün həm səylə, həm də təcili hərəkət etməyə davam edəcəyik" deyib.

Şirkət həmçinin son həftələrdə təcili istifadə icazəsi üçün ABŞ Qida və Dərman İdarəsinə müraciət edib.

Oktyabr ayında açıqlanan məlumatlar molnupiravirin COVID-19-a yoluxma riski yüksək olanlar üçün ölüm və ya xəstəxanaya yerləşdirilmə nisbətini iki dəfə azalda biləcəyini ortaya qoydu.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026