• Bakı 12° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

"COVİD-dən kollektiv immunitet mümkün deyil"

DÜNYA

11 Avqust 2021 | 14:20

"COVİD-dən kollektiv immunitet mümkün deyil"

AstraZeneca ilə əməkdaşlıq edən Oxfordun koronavirusa qarşı peyvəndinin kəşf qrupunun rəhbəri professor Endryu Pollard  COVID-19-a qarşı kollektiv immunitetin formalaşmasının mümkün olmadığını deyib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, İngilis millət vəkilləri ilə görüşən Pollard bu virusun qızılca kimi olmaıdığını bildirib:" Əhalinin 95% -i qızılcaya qarşı peyvənd olunarsa, qızılca virusuna yoluxma ola bilməz. Delta ştammına peyvənd olunanlar da yoluxacaq".

Professor mövcud peyvəndlərin yoluxmadan deyil, "COVID-19"u ağır keçirtməkdən və ölümlə nəticələnməsindən qoruduğunu izah edib:"Hər şeydən əvvəl insanların həyatını xilas etmək üçün aşılanmansı əhəmiyyətlidir".

Tərcümə şöbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026