• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

COVID-ə yoluxma payızda arta bilər - İnfeksionist

CƏMİYYƏT

05 Avqust 2022 | 12:41

COVID-ə yoluxma payızda arta bilər - İnfeksionist

“Qonşu ölkələrin statistik məlumatlarına nəzər yetirsək görərik ki, hazırda infeksiyaya gündəlik yoluxma sayı Gürcüstanda, Rusiyada, Türkiyədə və İranda dəfələrlə artıb. Azərbaycanda da son zamanlar yoluxma sayında artım müşahidə olunur”.

Bakıvaxtı.az xəbər verir ki. bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, əksər məhdudiyyətlərin xeyli vaxtdır ki aradan qaldırılmasına baxmayaraq, hazırda ölkəmizdə epidemioloji vəziyyət qənaətbəxşdir və nəzarət altındadır.

T.Eyvazov bildirib ki, bu tip infeksiyalar payıza doğru aktivləşir: “Unutmayaq ki, zaman keçdikcə əldə olunmuş kollektiv immunitet zəifləyir. Pandemiyanın hər yeni dalğası virusun daha sürətli və immun nəzarətindən asan yayına bilən mutant variantları törədir. Bundan əlavə, əksər qadağaların aradan qaldırılması virusun yayılması üçün münbit şərait yaradır. Ona görə də ölkəmizdə yoluxma halının payızda yüksəlməsi istisna deyil.

İnfeksionist qeyd edib ki, hazırda proses səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və nəzarət altındadır.

Aytac Aslan


SON XƏBƏRLƏR

28 Mart 2024