• Bakı 23° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

"Dağıdıcı pandemiya" barədə XƏBƏRDARLIQ

DÜNYA

18 Mart 2024 | 21:23

Dağıdıcı pandemiya barədə XƏBƏRDARLIQ

ABŞ kəşfiyyatı dünyanın bütün ölkələrinin yeni "dağıdıcı pandemiya" ilə üzləşəcəyi barədə xəbərdarlıq edib.

Bakıvaxtı.az-ın Lent.az-a istinadən xəbərinə görə, ABŞ kəşfiyyat xidmətləri hesab edir ki, buna səhiyyə xidmətlərinin xəstəlikləri düzgün izləyə bilməməsi səbəb ola bilər.

ABŞ milli kəşfiyyat direktorunun ofisi (ODNI) 2024-cü il üçün təhdidlərin qiymətləndirilməsi hesabatında yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib.

Hesabatda ABŞ-ın milli təhlükəsizliyinə qlobal təhdidlər, o cümlədən qlobal problemlər müzakirə edilir və il ərzində mümkün olanlar vurğulanır.

Sənəddə bildirilir ki, dünyanın bütün ölkələri yeni patogenin yaranmasına qarşı həssas olaraq qalır.

Hesabatda deyilir ki, bu, daha bir dağıdıcı pandemiyaya səbəb ola bilər.

Orada həmçinin iddia edilir ki, zəifləmiş milli səhiyyə xidmətləri, zəif qlobal səhiyyə idarəçiliyi, tibbi dezinformasiya və ictimai inamsızlıq ölkələrin qlobal sağlamlıq təhdidlərinə effektiv reaksiyasına mane olacaq.

 


SON XƏBƏRLƏR

26 Aprel 2024