• Bakı -0° C

    2.38 m/s

  • USD - 1.7

    EUR - 1.7845

    RUB - 1.97

Daha 2 nəfər spirtdən zəhərlənərək ölüb - YENİLƏNİB

CƏMİYYƏT

26 Fevral 2025 | 20:48

Daha 2 nəfər spirtdən zəhərlənərək ölüb - YENİLƏNİB

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə fevralın 24-də saat 10-da Sabunçu rayonu, Məmmədyarov 28 ünvanından huşun itməsi səbəbilə, fevralın 25-də saat 22:30-da isə Nizami rayonu, R.Rüstəmov 56 ünvanından qusma səbəbilə çağırış daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Bildirilib ki, hər iki çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub:

"Təcili tibbi yardım briqadası tərəfindən Sabunçu rayonu Məmmədyarov 28 ünvanında 44 yaşlı şəxsin (kişi cinsli), Nizami rayonu R.Rüstəmov ünvanında 53 yaşlı şəxsin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb".

***18:13

Bakıda daha iki nəfər istehsalat spirtindən zəhərlənərək ölüb.

Bakıvaxtı.az xəbər verir ki, ölüm halları paytaxtın Sabunçu və Nizami rayonlarında qeydə alınıb.

Sabunçu rayonunda 45 yaşlı E.Qasımov, Nizami rayonunda 53 yaşlı A.İsayev metil spirtindən zəhərlənərək ölüblər.

Bundan əvvəl Sabunçu rayonunda 15 nəfər istehsalat spirtindən zəhərlənərək dünyasını dəyişib. Araşdırma zamanı məlum olub ki, hadisə yerindən götürülmüş gigiyena vasitəsi və etil spirti Bakı şəhəri, Xəzər rayonu Buzovna kəndində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Səbuhi Xanhüseynova məxsus müəssisədə istehsal olunaraq qablaşdırılıb. Hadisə yerindən götürülmüş məhsullar yoxlanılarkən gigiyenik vasitənin (spirt) tərkibində insan həyatı və sağlamlığı üçün təhlükəli olan metil spirtinin olduğu müəyyən edilib. Səbuhi Xanhüseynov Azərbaycan Cinayət Məcəlləsinin 200.4-cü (istehlakçıları aldatma və ya keyfiyyətsiz məhsul satma) və 314.3-cü (səhlənkarlıq iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham olunub, barəsində həbs-qətimkan tədbiri seçilib.


SON XƏBƏRLƏR

26 Fevral 2025