“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi qəbul edilib.
Bakıvaxtı.az xəbər verir ki, layihələr 3-cü oxunuşda qəbul olunub.
Deputatlar “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsini də 3-cü oxunuşda qəbul edib.
“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi də 3-cü oxunuşda qəbul edilib.
Bununla da büdcə layihəsinə daxil olan bütün layihələr qəbul olunub.
Aytac Aslan
















