• Bakı 13° C

    5.4 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Daha bir şəhidimiz dəfn edildi

CƏMİYYƏT

06 Iyun 2024 | 20:12 | Müəllif: Subhan Mahmudov

Daha bir şəhidimiz dəfn edildi

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Əkbərov İxtiyar Hüseyn oğlunun meyitinin qalıqları Gəncə şəhərinə gətirilib.

Bakıvaxtı.az xəbər verir ki, şəhidin nəşi bu gün ailəsinə təhvil verilib və vida mərasimi keçirilib. Vida mərasimində şəhər sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də şəhər icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb, dualar oxunub.

Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.

Qeyd edək ki, Əkbərov İxtiyar Hüseyn oğlu 13 oktyabr 1993-cü ildə Ağdərə rayonu ərazisində döyüş tapşırığını yerinə yetirən zaman itkin düşmüş sayılırdı. O, Tərtərdəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR