"Tik-Tok" sosial şəbəkəsində tanınan Xəqani Hüseynovun ("Xaqocan" ləqəbli) həbs edilməsi ilə bağlı məlumatlar yayılıb.
DİN Mətbuat xidmətindən məlumatı Bakıvaxtı.az-a təsdiq ediblər. Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev sorğumuza cavab olara bildirib ki, Xəqani Hüseynov barəsindəki şikayət əsasında Nərimanov RPİ-nin 18-ci Polis Bölməsi tərəfindən saxlanılıb: “Paytaxt sakini Azər Əmirov Xəqani Hüseynovun onu söyərək təhqir etməsi ilə bağlı polisə müraciət edib. Müraciət araşdırılıb və Xəqani Hüseynov saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu, yəni xırda xuliqanlıq maddəsi əsasında protokol tərtib edilib.
Nərimanov Rayon Məhkəməsinin qərari ilə Xəqani Hüseynov barəsində 10 sutka inzibati həbs qərarı çıxarılıb”.
Qeyd edək ki, Xəqani Hüseynov sosial mediada müxtəlif şəxslərə maddi yardım göstərməsini əks etdirən videolar paylaşmağı ilə tanınıb.
3 may, 22:37
"Tik-Tok" sosial şəbəkəsində özünü xeyriyyəçi kimi tanıdan Hüseynov Xəqani (Xaqocan) həbs edilib.
Bakıvaxtı.az "shownews.az"a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin qərari ilə H. Xəqani 10 sutka azadlıqdan məhrum edilib.


jpg-1683196775.jpg)













