• Bakı 13° C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Daşkəsəndə maşın dərəyə aşdı - ölən və yaralanan var

HADİSƏ

24 Sentyabr 2024 | 09:21

Daşkəsəndə maşın dərəyə aşdı - ölən və yaralanan var

Daşkəsəndə maşın dərəyə aşıb, ölən və yaralanan var

Bakıvaxtı.az xəbər verir ki, hadisə Daşkəsən-Əmirvar yolunun 15-ci km-də baş verib. Kənd sakini Əhmədov Eşqin Arzu oğlu idarə etdiyi Vaz 2106 markalı avtomobillə hərəkətdə olan zaman hava şəraitinin əlverişsiz olması səbəbindən yolun kənarında olan plakata dəyib və yoldan çıxaraq dərəyə düşüb.

    Hadisə nəticəsində sürücü ölüb. Həmin vaxt avtomobildə olan sərnişin İsrəfilov Mehman İdris oğlu isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

    Fakt araşdırılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    12 Noyabr 2026