2020-ci ildə 301 avtobus dayanacağı təşkil edilib. Onlardan 100-ü pavilyondur.
Bakıvaxtı.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.
Onun sözlərinə görə, son 5 ildə ümumilikdə 791 dayanacaq təşkil edilib ki, bunlardan 415 ədədi pavilyondur.
"Ümumilikdə dayanacaqların 40 faizi yenilənib. Qalan 60 faizi tam təmir olunub. Gələcəkdə dayanacaqların günəş enerjisi ilə işıqlandırılması nəzərdə tutulur".
















