• Bakı 21° C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

"Delta" və "omikron"un hibridi  AŞKARLANDI

DÜNYA

10 Yanvar 2022 | 01:08 | Müəllif: Qalib İbrahimoğlu

"Delta" və "omikron"un hibridi AŞKARLANDI

Kiprdə "Delta" və "Omikron" ştamlarının hibridi olan koronavirusun yeni variantı Kipr Universitetinin Biotexnologiya və Molekulyar Virusologiya Laboratoriyasında çalışan bir qrup yerli alim tərəfindən aşkar edilib.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, laboratoriyanın rəhbəri Leontios Kostrikis jurnalistlərə bildirib ki, tədqiqatçılar ona "deltakron" adını veriblər.

Onun sözlərinə görə, yeni variantın da "Delta" ştamı kimi genetik əsası var, lakin eyni zamanda, onun bir sıra mutasiyaları omikron ştamı ilə eynidir.

"Biz əvvəllər yalnız omikron ştamı ilə yoluxma halları zamanı aşkar edilmiş xeyli sayda mutasiya tapmışıq", - virusoloq bildirib /aztibb.az/

O əlavə edib ki, "Omikron" ştamında 30 mutasiya var və onlardan 10-u Kiprdə götürülmüş nümunələrdə müəyyən edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026