• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Dəmir yolu ilə sərnişin daşımaları ARTIB

CƏMİYYƏT

13 Iyul 2023 | 16:36

Dəmir yolu ilə sərnişin daşımaları ARTIB

Dəmir yolu nəqliyyatı ilə Azərbaycanda 2023-cü ilin yanvar-iyun aylarında 9,2 mln. ton yük və 3 239,1 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 6,8%, sərnişin daşınmasında isə 52,2% artım müşahidə olunub.

“Hesabat dövründə orta hesabla sutkada 421 vaqon yüklənilib, 415 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 21,3 min ton, Qərb istiqaməti üzrə 2,8 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib”, - məlumatda qeyd olunur.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR