• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Deputat İctimai Şuraya səsləndi: Məktəblərdə baş verən neqativ hallar…

CƏMİYYƏT

16 May 2022 | 09:32

Deputat İctimai Şuraya səsləndi: Məktəblərdə baş verən neqativ hallar…

“Son zamanlar ümumtəhsil məktəblərində baş verən neqativ hallar Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü kimi məni çox narahat edir. Məktəb direktorlarının təyinatında yol verilən ciddi qanun pozuntuları neqativ halların dərinləşməsinə səbəb olur”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, deputat Etibar Əliyev bildirib.

Deputat orta məktəblərdə baş verən neqativ hallarla bağlı İctimai Şura üzvlərinə səslənib:

“Ümumtəhsil məktəblərinin özündə çalışan direktor müavinləri təyinatdan kənarda qalır, boşalan direktor yerlərinə kənar məktəblərdən direktor müavinləri təyinat alırlar. Bu isə kollektivdə intriqaların yaranmasına, idarəçilik ənənələrinin pozulmasına və bütün dünyada qəbul olunmuş sosial lift prinsipinin ayaqlar altına atılmasına səbəb olur. Konkret olaraq iki nümunə göstərəcəm: 210 nömrəli tam orta məktəbə direktor 95 nömrəli tam orta məktəbdə direktor müavini işləyən Həqiqət Gülalıyeva birbaşa təyin olunub. 165 nömrəli tam orta məktəbə isə 252 nömrəli məktəbdə cəmi 1 ilə yaxın direktor müavini işləmiş Ruslan Nağıyev birbaşa təyin olunub”.

Deputat qeyd edib ki, ümumtəhsil məktəblərinə direktor vəzifəsinə təyinat təcrübəsi, şəxsi bacarıq və keyfiyyətləri əsas götürülməklə təlimlərə cəlb olunduqdan sonra müvafiq imtahan və müsabiqələrdən keçən şəxslər təyinat almalıdırlar:

“Verilən məlumatlara görə, hər iki şəxs faktiki olaraq imtahan və müsahibələrdə iştirak etməyiblər. Belə halların sayı çoxdur. Və həmçinin qapalı və mübhəm direktor təyinatları geniş vüsət alıb. Ümumi təhsilin mövcud duruma düşməsinə Sizin də münasibətinizi bilmək istərdim”.

Nuranə Daxilqızı

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026