“Kimlər vaksinasiya olunubsa, onların yoluxmaması hallarını görürük. Kimlər ki, səhlənkarlıq ediblər, diqqət etməyiblər, onlarda yoluxma halları qeydə alınır”.
Bunu Milli Məclisin deputatı Vüqar İsgəndərov Bakıvaxtı.az-a müsahibəsində deyib.
Qızılca xəstəliyi əleyhinə vaksinasiyanın vacibliyini vurğulayan deputat valideynlərə səslənib: ”Dövlət bu sahədə həyəcan təbili çalıb. Həm məktəblərdə, həm də evlərdə buna xüsusi diqqət olunmalıdır. Əsas yük valideynlərin üzərinə düşür. Hər bir valideyn məsuliyyət daşımalıdr. Öz övladını mütləq vaksinasiya etdirməlidir. Bununla da məsələ bitmiş hesab ediləcək”.
Vüqar İsgəndərov vaksinlərin effektsiz olması ilə bağlı iddialara da cavab verib. Onun sözlərinə görə, koronavirus pandemiyası vaxtında da belə şeylər baş vermişdi: “Hansısa sözlər uydurulur. Dövlət tərəfindən rəsmi məlumat yoxdursa, lazımı orqanlar bununla bağlı hansısa vaksinin yararsız olması barəsində rəsmi məlumat verməyibsə, buna inanmaq olmaz. Burada hər bir şey dövlət tərəfindən yoxlanılır, sonra tətbiq olunur. Əgər dövlət tərəfindən belə bir həyəcan təbili yoxdursa, dövlət bu mövzuyla bağlı hər hansı bir rəy bildirməyibsə, demək ki, bunlar şaiyədir”.
Ətraflı videoda:
Ziyafət Əlisoy
















