“ Toylarda və yaslarda 15-16 növ yemək verilir. Aydındır ki, bunun hamısını yeyə bilmərik. Bu, sadəcə, israfçılıqdır”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.
“Digər tərəfdən, deyirlər ki, bunun qalan hissəsini sabah yenidən süfrəyə qoyacağıq" deyən komitə sədri bildirib ki, bu da qida təhlükəsizliyi baxımından uyğun deyil və AQTA-nın işini artırır.
T.Rzayev deyib ki, ümumiyyətlə, digər sahələrdə də belə israfçılığa yol veririk.
Onun sözlərinə görə, hazırda dünyanı ən çox narahat edən problemlərdən biri də ərzaq təhlükəsizliyidir: "Ərzaq qıtlığı artıq bir çox ölkədə yaşanır. Ona görə də hökuməti israfçılığın qarşısını almaqla bağlı addımlar atmağa çağırıram”.
Nuranə Daxılqızı
















