• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Deputatlar İraqa səfər edəcəklər

CƏMİYYƏT

07 Noyabr 2023 | 11:37

Deputatlar İraqa səfər edəcəklər

Milli Məclisin İraqla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İlham Məmmədov və deputat Əminə Ağazadə noyabrın 8-də İraqın Bağdad şəhərinə səfər edəcəklər.

Bu barədə Bakıvaxtı.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Millət vəkilləri Asiya Parlament Assambleyası Siyasi işlər üzrə daimi komitənin iclasında iştrak edəcəklər.

İclasda “Qanunun aliliyi və məhkəmə hakimiyyətinin səlahiyyətləri haqqında” , “Dostluq və əməkdaşlıq vasitəsilə Asiyada rifahın təmin edilməsinə dair” , “Demokratiya yolu ilə harmonik inkişafa dair” və digər qətnamə layihələri müzakirə ediləcək.

Səfər noyabrın 12-də başa çatacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR