“Dünyada dərman istehsalına görə, 21-ci yerdə olan Türkiyə 2022-ci ildə dərman vasitələrinə 7 milyard xərcləyib. Onun 5,5 milyardı vəsaiti idxal olunan dərmanlara xərclənib. Yəni dərman vasitələrinin 80 faizindən çoxunu idxal edir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirərkən Milli Məclisin deputatı Rəşad Mahmudov bildirib.
Deputat qeyd edib ki, yeni qanun layihəsi dərman sahəsində olan bəzi problemləri həll edəcək:
“Dünyada dərman istehsalına görə ilk onluqda olan dərman şirkətlərinin-istehsalçılarının ölkəmizdə rəsmi nümayəndəsinin olması üçün arzuolunandır. Firma ilə rəsmi nümayəndəsini qarışdırmamaq lazımdır. Rəsmi nümayəndələr təhlükəsizlik məsələsilə məşğul olacaq, onlar satışla məşğul olmayacaq”.
Ramid İbrahimov
















