• Bakı 13° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Dərmanlar elektron reseptlə təyin ediləcək

CƏMİYYƏT

29 Oktyabr 2021 | 15:27

Dərmanlar elektron reseptlə təyin ediləcək

Yaxın gələcəkdə dərmanlar elektron reseptlə təyin ediləcək.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu “Dərman təhlükəsizliyi və farmakonəzarət” mövzusunda çıxışında TƏBİB-in Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev bildirib.

O qeyd edib ki, hazırda bir çox qurum tərəfindən dərman vasitələri sahəsində yeni addımlar atılır:

“Təkmilləşdirmə fəaliyyəti çərçivəsində dərman vasitələrinin qiymətləndirilməsində, qeydiyyat prosesində, təchizatında rəqəmsallaşdırma prossesləri gedir. Yaxın gələcəkdə rəqəmsallaşdırma prosesi başa çatdıqdan sonra dərman izləmə sistemi ölkəmizdə tətbiq olunacaq. Bundan sonrakı mərhələdə elektron reseptə keçid olacaq. Yəni artıq dərmanlar kağız yox, elektron reseptlərlə təyin olunacaq.”


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR