• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Direktor olmaq istəyənlərin DİQQƏTİNƏ

CƏMİYYƏT

24 Oktyabr 2023 | 11:58

Direktor olmaq istəyənlərin DİQQƏTİNƏ

Oktyabrın 31-dən şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start veriləcək.

Bu barədə Bakıvaxtı.az-a Elm və Təhsil Nazirliyindən (ETN) məlumat verilib.

Bildirilib ki, 27-28 oktyabr tarixlərində müsahibə mərhələsində iştirak edəcək namizədlərin şəxsi səhifələrinə tarix, saat, məkan və tələb olunan sənədlər barədə məlumat göndərilib. Digər namizədlərə müsahibə mərhələsinin qrafiki barədə mərhələli şəkildə məlumat veriləcək.

Qeyd edək ki, müsahibə mərhələsi əyani formatda Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə keçiriləcək. Hər günün sonunda müsahibə nəticələri namizədlərin şəxsi səhifələrinə göndəriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026