• Bakı 12° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Dırnağına lak sürtən aktyor pərəstişkarlarından inciyib

MƏDƏNİYYƏT

14 Oktyabr 2022 | 13:18 | Müəllif: Qalib İbrahimoğlu

Dırnağına lak sürtən aktyor pərəstişkarlarından inciyib

Aktyor Uraz Kaygılaroğlu sosial media hesabından liftdə çəkdirdiyi fotoyla gündəmə gəlib.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, dırnaqlarına qara dırnaq boyası sürdüyü üçün tənqid edilən Kaygılaroğlu susqunluğu pozub.

Dırnaq boyası sürdüyü üçün gənclərə pis nümunə olduğu deyilən Uraz Kaygılaroğlu İnstaqram hesabında bu ifadələri işlədib: “Əvvəl slip mayo geyindim, sonra Şotlandiyanın yerli ətəyini geyindim, dırnaqlarıma zaman-zaman dırnaq boyası sürtdüm, nə etməyə çalışdım, insanlara pis örnək oldum. ...10 yaşında saçlarımı oksigenli su ilə ağardırdım, 13-15 yaşlarımda qulağımı deşdirmişdim, 16-17 yaşımda sonra peşman oldum və yerinə yeni döymələr etdirdim".

Aktyor qeyd edib ki, heç kimlə mübahisəsi olmayıb, kimsəni təhqir etməyib, insanları baxışlarına və xarici görünüşünə görə ayırmayıb: “Hər kəsə hörmətlə yanaşmaq və başa düşməyə çalışmaq mənim üçün prioritet olub. Mən sadəcə yalnız öz işimi görmüşəm. Yaxşı etməyə çalışdım, çox çalışdım, daha çox çalışacağam”.

"Təbii ki, bunların hamısı nisbi şeylərdir, mən şəxsən bəyənsəniz də, istəməsəniz də hörmət edirəm, amma təhqirləri qəbul edə bilmirəm. Qəzəbləndim və incidim, açığı... Mən fikir lideri və ya ekspert deyiləm. bir parçamı örnək götürmək lazımdır insan olaraq yaxşı şeylərim var, amma onlara baxın.  İş həyatımda bu günə qədər bu dırnaqlarla gəlmişəm. Ona görə necə olacağına, hansı rəngdə olacağına mən qərar verəcəm”, - deyə Kaygılaroğlu paylaşımında qeyd edib.

Aytac Aslan


Dırnağına lak sürtən aktyor pərəstişkarlarından inciyib
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026