"Azərbaycandakı ukraynalı miqrantların qalma müddəti bitəndən sonra da ölkədə saxlanılması üçün lazımi tədbirlər görüləcək".
Bakıvaxtı.az-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov jurnalistləa açıqlamasında deyib.
O bildirib ki, həmin şəxslərin ölkədə qalma müddəti mayın 24-də başa çatır: "Fevralın 24-dən hesablasaq,Azərbaycanda olan ukraynalı miqrantların ölkədə qalma müddəti bu il mayın 24-də başa çatır. Amma həmin müddətdən sonra da onların ölkədə qalmasına şərait yaradılacaq. Bununla bağlı lazımi tədbirlər görüləcək".
Nuranə Daxilqızı
















