• Bakı 23° C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Dörd rayonda qanunsuz ağackəsmə faktı araşdırılır

CƏMİYYƏT

10 Yanvar 2023 | 14:36

Dörd rayonda qanunsuz ağackəsmə faktı araşdırılır

Dörd rayonda qanunsuz ağackəsmə faktı üzrə cinayət işləri başlanıb.

Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində respublikanın 4 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Araşdırma zamanı Ağdam, Balakən, Qusar və Ağsu rayonu ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahələrində 398 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində ümumilikdə 68 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan faktlarla bağlı cinayət işləri başlanaraq aidiyyəti istintaq orqanlarına göndərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026