Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Saatlı Suvarma Sistemləri İdarəsi mexanizimlər üçün ehtiyat hissələrinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Bakıvaxtı.az xəbər verir ki, tenderin qalibi “Avto Texnika Detaling" Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Qalib şirkətlə 115 min 835 manat dəyərində müqavilə imzalanıb.
Qeyd edək ki, sözügedən idarə “Avto Texnika Detaling” şirkətini 19.10.2022-cı il tarixində nasos stansiyaların ehtiyat hissələrinin satınalınması üzrə tenderin qalibi elan edib və bu müəssiəyə 139 min 996 manat ödəniş edib.
“Avto Texnika Detaling" Məhdud Məsuliyyətli Cəmiyyəti əsasən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin keçirdiyi dövlət satınalmaları ilə bağlı müsabiqələrdə qalib elan edilib.
Ramid İbrahimov












jpg-1687967749.webp)



