Azərbaycan Tibb Universitetinin (ATU) 300 min manat dəyərində tədbir keçirəcək.
Bakıvaxtı.az xəbər verir ki, ATU-da Tibb Təhsil üzrə Beynəlxalq Konfransın Bakıda keçirilməsi ilə əlaqədar olaraq təşkilati məsələlərin həlli və elmi tədris fəaliyyətlərə dair satınalınması ilə bağlı tenderin nəticəsi açıqlanıb.
Tenderin qalibi olan "LAVITA MEDIKAL" Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Qalib şirkətlə 304.620 manat dəyərində müqavilə imzalanacaq.
Tenderin şərtlərinə görə, Bakıda 2 günlük Tibb Təhsili üzrə Beynəlxalq Konfrans keçiriləcək.
Ramid İbrahimov
















