• Bakı 22° C

    2.39 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Dünya çempionatını buraxa bilər

İDMAN

15 Oktyabr 2022 | 00:12 | Müəllif: Subhan Mahmudov

Dünya çempionatını buraxa bilər

"Çelsi"nin baş məşqçisi Qrem Potter London klubunun və Fransa yığmasının yarımmüdafiəçisi N'Qolo Kantenin zədəsindən danışıb.

Bakıvaxtı.az "report"a istinadən bildirir ki, mütəxəssis onun dünya çempionatını buraxa biləcəyini deyib.

"Kantenin səhhəti ilə məşğul olmalıyıq, onun daimi zədələnməsi bizi narahat edir. Reabilitasiyanın son mərhələsində həmişə nə isə olur. İndi düzgün diaqnoz qoymaq, düzgün məsləhət vermək və sonra onun formaya düşməsinə yardımçı olmaq lazımdır", - deyə o bəyan edib.

Qeyd edək ki, ötən həftə təkrar əzələ zədəsindən sonra Kantenin daha bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağı məlum olub.

Beləliklə, futbolçu 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə Dünya Çempionatını buraxmaq riski ilə üzləşib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR