• Bakı 20° C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Dünya şöhrətli musiqiçilər Ukrayna üçün oxuyacaq

MƏDƏNİYYƏT-ŞOU

21 May 2022 | 11:39

Dünya şöhrətli musiqiçilər Ukrayna üçün oxuyacaq

Ukraynadakı müharibəyə diqqət çəkmək və zərərçəkənlərə yardım əlini uzatmaq üçün bir araya gələn məşhur musiqiçilər iyunun 17-də konsert verəcək.

Bakıvaxtı.az kult.az-a istinadən xəbər verir ki, konsertdə Pink Floyd, "Crash Test Dummies", Ruslana, Camala və digər məşhur musiqiçilər iştirak edəcək.

Müharibədən zərər çəkənlər üçün bilet və ianə ilə 10 milyon dollar toplamaq məqsədi daşıyan tədbir saat 15:00-dan etibarən canlı yayımlanacaq.

Biletləri www.worlduniteforukraine.com saytından əldə etmək mümkün olacaq. Tədbirdən əldə olunan gəlir müharibə qurbanlarının qida və sığınacaq, tibbi ləvazimatlar, geyim və insan alverinə qarşı mübarizəyə xərclənməsi nəzərdə tutulub.


SON XƏBƏRLƏR