• Bakı 9° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Dünyada həm də “infrastruktur müharibələri” başlasa..." - Ekspertdən XƏBƏRDARLIQ

CƏMİYYƏT

29 Sentyabr 2022 | 11:52 | Müəllif: Qalib İbrahimoğlu

"Dünyada həm də “infrastruktur müharibələri” başlasa..." - Ekspertdən XƏBƏRDARLIQ

“Artıq heç bir məsələdə “qırmızı xət" qalmayıb, hətta “soyuq müharibə” zamanı belə kritik enerji infrastrukturları, kommunikasiya xəttləri toxunulmaz idi…”

Bakıvaxtı.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, hətta Rusiyanın Ukraynaya təcavücü və apardığı işğalçı müharibə zamanı belə hər iki tərəf Ukraynadan keçən kommunikasiya xətlərinə ziyan vuracaq addımlardan çəkinirdilər: “Amma Rusiya Zaparojye AES-i işğal edib atom təhdidi yaradan gündən bu “qırmızı xətlər” silinməyə başladı".

Ekspert deyib ki, iki gün öncə Baltik dənizində “Şimal Axını-1” və “Şimal Axını-2” boru kəmərlərinin partladılması dünyada yeni, çox təhlükəli, heç bir tapu tanımaz şərait yaradır. Partlaşın kimlər, hansı ölkə tərəfindən törədilməsindən asılı olmayaraq bu çox təhlükəli presedentdir: "Əgər dünyada indi həm də “infrastruktur müharibələri” başlasa, zatən xaotik durumda olan vəziyyət daha da mürəkkəbləşəcək, zatən kovidlə mübarizənin axmaqcasına aparılmasından başlayan iqtisadi böhran daha da dərinləşəcək”.

N.Cəfərliyə görə, görünən odur ki, hər bir ölkə öz başının çarəsinə özü qalmalıdır - Azərbaycan öz həyati əhəmiyyətli infrastruktur və kommunikasiya xəttlərinin daha da ciddi qorunması məsələsini həll etməli, bunun üçün Türkiyə, Britaniya və İsrail ilə (Türkiyə xəttlərin davamı olan ölkə kimi, Britaniya bp şirkətinin neft-qaz layihələrinin əsas operatoru olduğu, İsrail isə öz neft ehtiyacının yarıdan çoxunun Azərbaycandan təmin etdiyi üçün) hava məkanımızın tamamən xarici müdaxilələrə bağlanması, yerüstü təhlükəsizlik tədbirlərinin artırılması (məsələn, boru xəttləri boyu Türkiyə ilə birgə təhlükəsizlik nəzarətinin gücləndirilməsi, boru xəttləri boyu birgə nəzarət məntəqələrinin yaradılması) ilə bağlı qərarlar alınmalıdır: "Nə qədər ki, Rusiya Ermənistanda həlledici söz sahibidir, Ermənistan-Azərbaycan sərhədinə yaxın bölgələrdən keçən boru və kommunikasiya xətlərimizə həmişə təhlükə olacaq - 2020-ci ilin yayında Tovuz təxribatı bunun əyani sübutudur”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR